Uşaq arabaları körpələrin yeriməsini ləngidir

SAĞLAMLIQ
21:05 / 04.07.2024
506

Valideyn olan hər kəs övladının atacağı ilk addımı səbirsizliklə gözləyir. 

Hətta uşağın tez yeriməsi üçün körpəni vaxtından tez yerimək üçün uşaq arabalarına qoyurlar.

Ancaq həkimlər həmin arabaların sağlamlıq baxımından düzgün olmadığını deyir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşağın yeriməsi üçün olan xüsusi arabalarda körpənin ayağı yerə dəyir və özünü itələyərək, yeriməyə cəhd göstərir:

“Bu vəziyyət olduqca zərərli və yolverilməzdir. Çünki köməkçi vasitələrdən istifadə zamanı uşaq ayağını tam yerə basmır və barmaq ucunda gəzməyə başlayır. Bu cür yerimək onurğada deformasiya müşahidə edilir. Hətta ayağın yerə tam basılmaması yastıpəncəliliyə qədər gətirib, çıxara bilər. Məlumat üçün deyim ki, azyaşlılar əvvəlcə ayağını, dabanını, sonra isə pəncəsini yerə bərkitməyi bacarmalıdır. Həmçinin, bu arabalar sərbəst yerimə zamanı tənbəllik yaradır, sümük-əzələ sisteminə birbaşa təsir edən əşyalarda körpənin ayağının yerə çatmaması isə ən təhlükəli vəziyyət hesab olunur”.

Sevinc
 

0