Qlobal layların tərpənməsi və iqtisadi təbəllüad

İQTİSADİYYAT
22:27 / 05.07.2024
296

Qiymətlər dünyanın bir çox yerində, ən müasir, varlı ölkələrdə də qalxır. Amma bu qiymət artımını olduğu kimi yox, xətalı şəkildə təqdim etmək dövləti müdafiə eləməkdən çox, onun siyasətinə zərər verməyə bənzəyir. Qiymət artımı hər dövrdə olub və bu müəyyən tələbatdan irəli gəlib.

İqtisadi çətinliklər qlobal dinamikanın bir parçasıdır. Çox ağır bir dövrü yaşayırıq, 44 günlük müharibə zamanı qlobal laylar tərpəndi, anladıq ki, Qarabağ problemi lokal xarakterli münaqişə deyilmiş. Biz hamımız bir damla şəhid ailəsi, bir damla qaçqın, bir damla qarabağlıyıq. Bizim nəsil insanların taleyi bir-birinə çox bənzəyir. Bu millətin taleyidir. 

Boğazımızdan kəsib, azad edilmiş ərazilərimizin bərpa edilməsinə razıyıq. Lakin rəqəmlərə baxılarsa, güclü iqtisadiyyata malik bir dövlət kimi ermənilərdən, gürcülərdən 2 dəfə daha yaxşı yaşamalıyıq, sosial rifah daha güclü olmalıdır. İqtisadçı da çıxıb bunu deməldir. Baş verənlərə real qiyməti daha məmnuniyyətlə qəbul edərdik.

Dünyada baş verən siyasi iqtisadi proseslər bu vəziyyəti yaradıb. Hamımız bunu anlayacaq qədər səviyyəli insanlarıq. Ticarət ələqələrində olduğumuz ölkələr müharibə şəraitindədirsə bu əlbəttə bizə də təsir edəcək. Bunu vətəndaşa bu şəkildə çatdırmaq daha doğru olardı.

Murad

0