Olaf Şolts: "Orban Moskvaya Avropa İttifaqı Şurasının rəhbəri kimi getməyib"

DÜNYA
17:24 / 05.07.2024
270

"Macarıstanın baş naziri Viktor Orban Moskvaya Avropa İttifaqı Şurasının rəhbəri kimi yox, Macarıstan Nazirlər Kabinetinin rəhbəri kimi gedib. Avropa İttifaqının Ukrayna ilə bağlı mövqeyini təmsil edə bilməz". 

HİT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Viktor Orban Macarıstanın baş naziri kimi Putinlə görüşə gedib. Avropa Xarici Siyasət Şurasında Şarl Mişel təmsil olunacaq", deyə o vurğulayıb.

Almaniya Nazirlər Kabinetinin rəhbəri bir daha qeyd edib ki, Berlin Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatı qətiyyətlə pisləyir və Kiyevi Almaniyanın gələcək dəstəyinə əmin edib.

Litva prezidenti Gitanas Nauseda isə X səhifəsində yazıb ki, Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri ölkənin etibarına xələl gətirəcək. O, əlavə edib ki, Orbanın Rusiya paytaxtına səfəri heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. 

Latviyanın baş naziri Evika Selina da öz növbəsində Orbanın hərəkətlərinin Ukraynanın qələbəsinə nail olmaq səylərinə zərbə vurduğunu bildirib.

İsveçin baş naziri Ulf Kristersson da tənqidlərə qoşularaq, macar həmkarının Moskvaya səfər etmək qərarını “məsuliyyətsizlik” adlandırıb.

Macarıstanın baş naziri cümə günü, iyulun 5-də Moskvaya gəlib. Özü də “dinc missiyasını” davam etdirdiyini bildirib. Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır.

Samir

0