MSK 6 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

SİYASƏT
16:25 / 06.07.2024
260

Mərkəzi Seçki Komissiyası (MSK) 6 partiyanın sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrini qeydə alıb.

HİT.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK-nın qərarına əsasən, Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

0