"Yeni mərkəzlərin - Rusiya, Çin və Hindistanın təsirini artırdığı dünyada geosiyasi dəyişikliklər fonunda NATO fəaliyyətini dayandıra bilər".
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Hill” qəzeti yazır.
“İttifaqın yeni çoxqütblü reallığa uyğunlaşdırılması çox güman ki, qeyri-mümkün olacaq və əlbəttə ki, onun tələb edəcəyi vaxt, pul və enerjiyə dəyməyəcək”, deyə nəşr bildirib.
Materialda qeyd olunur ki, indiki beynəlxalq siyasi şəraitdə birqütblü nizama son qoyulub, dünya yeni dövrə qədəm qoyub.
"Hill"ə görə, hazırkı ittifaqlar bu yeni dünya nizamında marjinal rol oynamağa davam edə bilər və onların əhəmiyyəti çox güman ki, azalacaq. Bununla əlaqədar olaraq, nəşrin müəllifləri sual verirlər: NATO ümumiyyətlə “xilas etməyə” dəyərmi?
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bəyan etmişdi ki, NATO dünya ictimaiyyəti üçün ciddi təhlükə mənbəyidir, çünki blok qarşıdurma yaradır:
"NATO müdafiə sahəsindən kənara çıxır, qarşıdurmaya səbəb olur ki, bu da orada kök salmış soyuq müharibə mentalitetini və ideoloji qərəzləri göstərir. Bu, qlobal sülhü təhdid edən real risk mənbəyidir.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı özünü müdafiə bloku adlandırır, lakin eyni zamanda daim “güclərini genişləndirir” və eyni zamanda dünyada qarşıdurmaya səbəb olur.
Samir