Məhərrəmlikdə toy edilə bilər?

ÖLKƏ
20:00 / 08.07.2024
193

İyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır. 

Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.

Maraqlıdır, Məhərrəm ayında toy edilirmi? 

Ilahiyyatçı Tural İrfan Hit.az-a bildirib ki, hansısa ayın matəm edilməsi düzgün deyil:

 “Bu, İslam ümmətinin sosial həyatında nizamın pozulmasına gətirib çıxardan məsələdir və nizamı da pozur. Allah müqəddəs kitabda şəhidlərin cənnətə gedəcəyini vurğulayır. Lakin hazırda İmam Hüseyn elə bir formada yad edilir ki, insanlar özlərini döyür, mərsiyələr deyir, sanki artıq o, ölüb, yoxdur. Şübhəsiz ki, bu ənənə də İmam Hüseyni öldürüb sonradan peşman olanların öz günahlarını yumaq üçün başlarına-gözlərinə vurmaqları ilə yaranıb.  Lakin bizim xalqımız həmin dövrdə İmam Hüseynin və onun əhli-əyalının qətliamında iştirak etməyib, əksinə bir neçə azərbaycanlı onun tərəfində olub, zülmə qarşı mübarizədə iştirak ediblər. Ona görə məsələ başa-gözə vurmaqdırsa, onu İraq əhli etməlidir, çünki onların babaları günah ediblər".

Sevinc

0