Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

ÖLKƏ
09:10 / 09.07.2024
180

İyulun 9-u saat 9:00-a olan məlumata görə hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.

 

Bu barədə HİT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub. Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

0