Şimali Koreya səfər üçün Rusiyaya elit hərbi təlim heyəti göndərib.
Hit.az xəbər verir ki, Şimali Koreya dövlət mediası bunu əməkdaşlıq sazişlərinin imzalanmasından sonra iki ölkə arasında ilk hərbi mübadilə adlandırıb.
“Reuters”in məlumatına görə, nümayəndə heyətinə Kim İr Sen adına Hərbi Universitetinin prezidenti Kim Geum Çol başçılıq edir. O, hərbçilərlə birlikdə bazar ertəsi təyyarə ilə Rusiya Federasiyasına yola düşüb. Qeyd olunur ki, səfərin məqsədi və şimali koreyalıların Rusiya Federasiyasında yerləri hazırda açıqlanmır.
Agentliyin məlumatına görə, Kim İr Sen adına Hərbi Universitet elit hərbi zabitlər üçün təlim meydançasıdır.
Şimali Koreyanın hazırkı lideri Kim Çen In İsveçrədə təhsil aldıqdan sonra, ölkənin üçüncü lideri kimi hazırlanarkən ona baş çəkib.
Ötən il Şimali Koreya və Rusiya Federasiyasının yüksək rütbəli rəsmiləri bir-birinin ərazisinə rekord sayda səfər ediblər.
Rusiya lideri Vladimir Putinin iyunda Pxenyana sonuncu səfəri naş tutub.
Bu yaxınlarda "Washington Post" Şimali Koreyanın mərmiyə ac olan Rusiyanı kütləvi şəkildə silahla təchiz etdiyinə diqqət çəkib.
Samir