İsveçrə bir sıra Rusiya KİV-ləri üçün reklamı qadağan etdi

DÜNYA
15:06 / 09.07.2024
194

İsveçrə dörd Rusiya KİV-inə - "RİA Novosti", "Rossiyskaya qazeta", "İzvestiya" və "Avropanın səsi" portalına reklam qadağası qoyub. 

Hit.az xəbər verir ki, bu barədə hökumətin saytındakı rəsmi məlumatda deyilir.

"İsveçrənin İqtisadiyyat, Təhsil və Elm Nazirliyi Rusiyanın təbliğat və dezinformasiya kampaniyaları ilə əlaqədar dörd KİV-ə reklam qadağası qoyub", məlumatda deyilir.

İsveçrə rəsmiləri vurğulayıblar ki, Avropa İttifaqından (Aİ) fərqli olaraq, ölkədə adıçəkilən medianın yayımına qadağa qoyulmur.

Bundan əvvəl İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirmişdi. Hakimiyyət Rusiya Federasiyasının 69 fiziki və 86 hüquqi şəxsini qara siyahıya salıb. Sənəddə izah edildiyi kimi, yeni sanksiyalar əsasən biznesmenlərə, təbliğatçılara, silahlı qüvvələrə, məhkəmə sisteminə və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarına aiddir.

Sanksiyaya məruz qalanlar arasında xüsusilə Rusiya müdafiə sektorunda fəaliyyət göstərən şirkətlər, eləcə də sanksiyalardan yayınma ilə məşğul olan maliyyə və ticarət sektorunda fəaliyyət göstərən şirkətlər var.

Samir

0