“Nabrandakı bağ evimdə istirahət edirəm, tez- tez dostlarım qonaq gəlirlər. Hələlik səhhətim narahatdır. İstirahətə ehtiyacım var”.
Bu fikirləri Hit.az-a xalq artisti Naibə Allahverdiyeva səsləndirib.
Aktrisa uzun müddətdir , qolundakı ağrıdan şikayətçidir
“Fizioterapiyaya getdim, amma effekti olmadı. Həkimlər deyirlər ki, əməliyyat olunmalısan. Qolumun ipliyi qırılıb deyəsən. Avtomobil idarə edəndə əziyyət çəkirəm. Əvvəllər ayağımdan şikayət edirdim, indi qolum da bir yandan dərd olub mənə” -deyə aktrisa qeyd edib.
O həmçinin, bu yay ərzində qüvvə toplayıb, yeni enerjiylə teatra qayıtmaq arzusunda olduğunu dilə gətirib.
Murad