Makron NATO sammitinə getməyə bilər

DÜNYA
17:22 / 09.07.2024
231

Fransa prezidenti Emmanuel Makron ölkədəki qeyri-sabit daxili siyasi vəziyyətə görə Vaşinqtonda keçiriləcək NATO sammitinə getməkdən imtina edə bilər.

Hit.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən yazır.

“Qorxu var ki, solçular dövlət başçısının olmamasından istifadə edərək müzakirələri sürətləndirəcək və öz mövqelərini Matinyona (Fransa hökumətinin baş nazirinin rəsmi iqamətgahı-red.) sırıyacaqlar", deyə bildirib.

Qeyd olunur ki, Makron çərşənbə günü səhər həmin gün NATO sammitinin başlayacağı Vaşinqtona uçmalıdır. Bununla belə, "Le Figaro-ə"nun yazdığına görə, bir neçə hökumət liderləri və dövlət başçısı ilə müttəfiq olan partiyalar parlament seçkilərindən sonra ölkədəki siyasi qeyri-sabitlik fonunda prezidentin 48 saat iştirak etməməsi ilə bağlı narahatlığını ifadə edib.

Bundan əvvəl qeyri-rəsmi lideri Marin Le Pen olan Fransa Milli Cəbhə Partiyasının rəhbəri Cordan Bardella son parlament seçkilərindən sonra Fransanın ən azı bir il siyasi xaosa qərq olacağını inandığını bildirib.

Samir

0