Kişilər niyə xəyanət edir? - Maraqlı cavab

SOSİAL
21:00 / 10.07.2024
584

“Kişilər evdə xanımı ilə şərab içmir, amma yüngüL həyat tərzi keçirən qadınları restorana dəvət edib, onlara xərc çəkirlər. Evdə gül kimi xanımını qoyub, gedib bir fahişə ilə yatağa girir. Bütün bunların səbəbi əslində onun içindədir və bu hadisələrin adı heç də xəyanət deyil”.

Bunu Hit.az-a psixoloq Nazim Cəfər deyib.

"Bunu məcbur edən səbəb əslində cəmiyyətin basqılarıdır və bizə yaxınlıq edilməsinin öyrədilməməsidir. Kişi utandığı üçün xanımından öz seksual fantaziyalarının yerinə yetirilməsini tələb edə bilmir. Etsə elə, çox kişilər qadının gözündən düşür. Çünki onun beyninə yeridilib ki, bu fantaziyaları təmiz qadınlar yox, yalnız  əxlaqsız qadınlarla etmək olar.Yaşamaq istəyib, özünə etiraf edə bilmədikləri, basdırılmış duyğuları, bu duyğulara görə qınanılmaq qorxusu kişini xəyanətə itələyir", deyə o bildirib.

Murad
 

0