Tramp ABŞ-ı NATO-dan çıxara bilərmi? - Senatdan cavab

DÜNYA
20:16 / 11.07.2024
277

ABŞ Senatındakı NATO Müşahidə Qrupunun həmsədri Tom Tillis bildirib ki, keçmiş prezident Donald Trampın yenidən seçiləcəyi təqdirdə ölkəni Şimali Atlantika Alyansından çıxarmaqla hədələmələri real deyil və yalnız Vaşinqtonun müttəfiqləri arasında qorxu yaratmaq məqsədi daşıyır. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

ABŞ paytaxtında NATO sammitində çıxış edən senatorun sözlərinə görə, Trampın hədəsi real deyil. Bundan eks-prezident yalnız qorxu, qeyri-müəyyənlik və şübhə yaratmaq üçün siyasi alət kimi istifadə edir.

Tillis vurğulayıb ki, Amerika Konqresi heç vaxt ABŞ-ın Şimali Atlantika Alyansı sıralarından çıxmasını dəstəkləməyəcək.

İyulun 2-də bildirilib ki, Tramp prezident seçkilərində qalib gələrsə, NATO-nun şərqə doğru genişlənməsindən imtina edə bilər.

Samir

0