Avropa İttifaqı Ukraynaya maliyyə yardımı hesabına artıq iqtisadi artımın ləngiməsi ilə üzləşib. Analitiklər xəbərdarlıq edir ki, uzunmüddətli risklərə blokun dağılması və avronun çökməsi daxildir.
HİT.az bu barədə "RİA Novosti" yazıb.
Amerikalı investor Cim Rocers deyib ki, regionda artan iqtisadi problemlər Böyük Britaniyanın əvvəllər etdiyi kimi ayrı-ayrı dövlətlərin Aİ-dən çıxmaq istəyinə səbəb ola bilər. Üstəlik, onun proqnozuna görə, yaxın iki-üç il ərzində siyasətçilər vahid Avropa valyutasından imtina etməyi təklif edəcəklər.
"Çox az sayda valyuta ittifaqı bu cür uzun müddət fəaliyyət göstərib. Onların əksəriyyəti yıxıldı. Qorxuram ki, avronu da eyni aqibət gözləyir", deyə ekspert bildirib.
Avrozona ÜDM-i 2023-cü ilin sonunda cəmi 0,1% əlavə edib. Müqayisə üçün qeyd edək ki, dövr ərzində ABŞ iqtisadiyyatının artımı 2,5%, Rusiya 2,7%, Çin 5,2% təşkil edib. Ənənəvi olaraq Aİ-nin güc mərkəzləri olan Almaniya və Fransa keçən ilin sonundan texniki tənəzzül içərisindədir.
Samir