İran XİN-dən NATO-ya qarşı ittiham xarakterli bəyanat

DÜNYA
14:35 / 11.07.2024
264

Ukraynada münaqişənin başlanmasına görə məsuliyyət Şimali Atlantika Alyansının üzərinə düşür. NATO vəziyyəti gərginləşdirmək üçün aqressiv addımlar atır. 

HİT.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Nasser Kənani deyib. Onun sözləri ölkənin Xarici İşlər Nazirliyinin "Telegram" kanalında yer alıb.

"Ukraynada gördüklərimiz NATO-nun ABŞ-ın rəhbərlik etdiyi və hələ də davam edən siyasətinin və aqressiv addımlarının nəticəsidir", deyə bəyanatda qeyd edilir.

Bundan əvvəl Çinin Avropa İttifaqındakı nümayəndəliyi bildirib ki, Pekin NATO-nun ayrı-ayrı ölkələr üçün hegemonluq alətinə çevrilməsini istəmir və alyansdan Soyuq müharibə zehniyyətindən əl çəkməsini xahiş edir: "Biz NATO-nu yolunu azmamağa və müdafiə təşkilatı kimi mövqeyini qoruyub saxlamağa, bəzi böyük dövlətlərin hegemonluq alətinə çevrilməməyə çağırırıq".

Çin NATO-nu başqalarını ittiham etmək əvəzinə Ukrayna münaqişəsi zamanı öz hərəkətləri üzərində düşünməyə çağırıb. Çin diplomatları NATO ölkələrinə “beynəlxalq ictimaiyyətin ədalətli mühakimələrinə diqqətlə qulaq asmağı” və Ukrayna münaqişəsində “hərəkətləri haqqında dərindən düşünməyi” tövsiyə ediblər.

Samir

0