Rəyi soruşulan amerikalıların əksəriyyəti ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışında Co Baydeni əvəz etməsini istəyir.
HİT.az xəbər verir ki, bu, "YouGov" və "The Economist" jurnalının keçirdiyi sorğunun nəticəsidir.
Araşdırmaya görə, respondentlərin 73%-i ABŞ-ın hazırkı prezidenti Kamala Harrisin Demokratlar Partiyasının prezidentliyə namizədi kimi dəyişdirilməsini bəyənib. Eyni zamanda, sorğuda iştirak edən amerikalıların yalnız 37%-i vitse-prezident haqqında müsbət fikirdədir.
Həmçinin, sorğuya əsasən, tədqiqat iştirakçılarının 37%-i Co Bayden haqqında müsbət fikirdədir, 41%-i isə Donald Tramp haqqında belə düşünür.
Bayden və Tramp iştirak etsə, seçkidə kimin qalib gələcəyini soruşduqda, amerikalıların 48%-i Donald Trampın Ağ Evi tutacağına inanır.
Samir