Növbəti bahalaşma dalğası olacaq?

İQTİSADİYYAT
21:34 / 11.07.2024
238

Dünyada baş verən siyasi-iqtisadi hadisələr yerli bazarda da qiymətlərin dəyişməsinə səbəb olur. Növbəti bahalaşma dalğası gözlənilirmi və çıxış yolu nədir?

İqtisadçı-ekspert Rəşad Səfiyev Hit.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, oktyabr-noyabr aylarında yenidən qiymət artımı gözlənilir. 

Hərçənd çox ekspertlərin proqnozlaşdırdığı kimi yayda da qiymət artımında səngimə müşahidə olunmadı. Mövsümi meyvə - tərəvəzlər həmişəkindən baha qiymətə satışa çıxarıldı. Təəssüf ki, bizdə süni qiymət artması daha çoxdur. 

"Yanacağın qiyməti 1% artanda, məhsulun qiyməti 10% artır, sui-istifadə halları çoxalır və bunu edən də hökumət deyil. Süni qiymət artımının qarşısını almaq  lazımdır. Gərək dövlət bununla bağlı dotasiya versin. Buna ciddi nəzarət lazımdır”,- deyə o bildirib.

Murad

0