Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilər.
HİT.az demokrat.az-a istinadla bildirir ki, Günay Ağamalının Ana Vətən Partiyasında atasını əvəzləməsi barədə xeyli müddətdir ki, iddialar mövcuddur.
Məsələ ilə bağlı Günay Ağamalı konkret cavab verməyib.
Daha sonra o bildirib ki, bu məsələyə növbəti həftə Ana Vətən Partiyasının İdarə Heyyəti tərəfindən aydınlıq gətiriləcək.