Donald Tramp yenidən prezident seçilməyə daha yaxındır? - ŞƏRH

DÜNYA
14:37 / 12.07.2024
568

Bu il ABŞ-də keçiriləcək prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. 

5 noyabrda keçiriləcək seçkidə əsas mübarizə aparacaq namizədlər son iki dönəmin prezidentləri Donald Tramp və Co Baydendir. 

Xüsusilə Baydenin kameralar qarşısında etdiyi qəribə hərəkətlər və dediyi səhv sözlərdən sonra onun yenidən namizəd göstərilməyəcəyi düşünülürdü. Hətta Baydenin vaxtından əvvəl kürsüsündən gedəcəyi belə iddia olunurdu. Lakin bütün bunlara baxmayaraq, Co Bayden yenidən prezidentliyə namizəd oldu. 

Bir çox məhkəmə prosesi davam edən Donald Trampın da namizədliyinə şübhə ilə yanaşılırdı. Ancaq o da növbəti dəfə prezidentliyə namizəd oldu. Hazırda isə bir çox ekspert Donald Trampın seçilmək şansını daha yüksək qiymətləndirir. 

Maraqlıdır, hazırkı vəziyyətdə Donald Tramp yenidən prezident seçilməyə daha yaxındır? 

354047

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, əslində, Respublikaçılar Partiyasının daxilində və bütövlükdə ABŞ-də Donald Trampın prezidentliyə namizəd olmasına qarşı olan qüvvələr var:

"Amma Tramp da öz mövqeyində israrlıdır. O, sona qədər mübarizə aparacağını deyir. Co Bayden isə Trampın qalib gəlməməsi, hətta namizəd ola bilməməsi üçün əlindən gələni edir. Hətta Tramp barəsində cinayət işlərinin qaldırılmasının da əsas səbəbinin bununla bağlı olduğu deyilir. Üstəlik, Donald Tramp seçildikdən sonra cəza alsa, məsuliyyətə cəlb edilən ilk ABŞ prezidenti kimi də tarixə düşə bilər. 

Ümumiyyətlə, hazırkı mərhələdə hər iki namizəd arasında o qədər də ciddi fərq yoxdur. Ona görə də daha çox yaş məsələsini qabardırlar. Hesab edirəm ki, Trampın da, Baydenin də seçilmək şansları təxminən bərabərdir. Amma gələcəkdə keçiriləcək debatlardan sonra ABŞ seçicilərinin mövqeyində dəyişiklik ola bilər".

Pərviz

0