Cinsi zəiflikdən əziyyət çəkən kişilərin sayı artır - Səbəb nədir?

SAĞLAMLIQ
21:31 / 12.07.2024
337

Bu gün satışda cinsi istəyi artıran preparatlar var. 

Həmin preparatların ziyanlı olması haqqında məlumat verilsə də, hələ də cinsi artıran dərmanları alan şəxslər az deyil.

Uroloq-androloq Ramiz Abdullayev Hit.az-a şərhində bildirib ki, cinsi zəifliyin səbəbləri müxtəlifdir.  Neyrogen cinsi zəiflik işemik insult, onurğa, kəllə-beyin travması almış şəxslərdə rast gəlinir. Sinir mənşəli pozğunluqlarla bağlı cinsi zəiflik olur:

 "Hormonal mənşəli cinsi zəiflik də var. Bildiyimiz kimi, kişilərdə testesteron deyilən kişi hormonları ilə yanaşı, qadın cinsi hormonları da var. Bəzi insanlarda endokrin pozuntular nəticəsində bu hormonların da balansı pozulur. Bunlar arasındakı balans, nisbət pozulanda isə kişidə qadın cinsi hormonlarının və prolaktinin yüksəlməsi  fonunda cinsi zəiflik özünü göstərir. Hazırda cinsi zəifliklə bağlı müraciətlərin sayı çox artıb. Xüsusilə də psixogen mənşəli cinsi zəifliklə müraciət edən pasiyentlər daha çox olur. Bu da cəmiyyətdə baş verən hadisələrdən, gənclərin həyat tərzindən də asılıdır. Bəzən pasiyentlər isə özünə sığışdırmır, ya da utanır həkimə müraciət etməyi. Bir çox xəstəliklərdə, patologiyalarda erkən diaqnoz çox önəmlidir. Cinsi zəifliklə bağlı da eyni vəziyyətdir. Bu problemin üstünə nə qədər erkən düşülərsə, vaxtında müalicə olunarsa, bir o qədər yaxşı nəticə alınar. Gecikdirildikcə həm psixoloji olaraq, həm də xəstəlik olaraq vəziyyət daha da dərinləşir".

Sevinc 
 

0