“Bu dəfə ad günümü uşaqlarla qeyd etdim. 55 yaşımın tamam olması münasibətilə Dövlət Kukla Teatrında 55 illiyimə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir-konsert keçirildi. Uşaqların dünyası safdır, təmizdir, onlar məndən, mən onlardan enerji aldıq”.
Bu fikirləri Hit.az-a Əməkdar artist Elza Seyidcahan səsləndirib:
“Konsert “Mən aktyoram” mahnısı ilə başladı. Çoxlu sənət adamları, əsl sənətə dəyər verən insanlar qonaq gəlmişdilər. Bəstəkarı olduğum “Şəngülüm, Məngülüm” tamaşası da nümayiş etdirildi. “Oyuq” Uşaq Studiyası yetirmələri, nəvəm Səmərruhla birlikdə sevilən mahnılarımı oxuduq. Yaradıcılığıma olan böyük sevgi və diqqəti gördüm.Xüsusilə, uşaqların sevgisini hiss etmək gözəl idi. Onların gözləri yalan deməz. Bu gününü uşaqları sabahın gəncləridirlər. Demək ki, zövqlü, peşəkar musiqini sevən nəsil yetişir. Bu gün həyatımın ən yaddaqalan hədiyyəsini aldım. Mənə öz kuklamı hədiyyə etdilər”.
Murad