"Səbail"də kütləvi ixtisarlar - 10 nəfərlə yolları ayırdılar

İDMAN
22:52 / 14.07.2024
469

"Səbail"də büdcənin azalmasından ən çox ziyan klubun futbol akademiyasına dəyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə,akademiyada kütləvi ixtisarlar baş verib.

Belə ki, 10 məşqçi ilə müqavilə yenilənməyib. Onlardan 4-ü başqa klublara üz tutub. Konkret, Elnur Abdullayev "Şahdağ Qusar"a, Əyyub Əliyev "İmişli"yə, Əli Həsənli "Qarabağ"ın futbol akademiyasına, Aydın Manaflı "Sabah"ın akademiyasına yollanıblar.

Minifutbol yığmasında çempion olan qapıçılar üzrə məşqçi Ağaseyid Qasımov, həmçinin, Manaf Kələntərli, Murad Məmmədov işsiz qalıblar. Bundan başqa, Həm Əfqanıstan, həmdə Qarabağ müharibəsi iştirakçısı olan Ehtiram Qasımov, Qarabağ müharibəsində həkim kimi iştirak edən Vüsal Şahbazov, "Səbail" yaranan orada çalışan Şahin müəllim (soyadını dəqiqləşdirə bilmədik) klubdan göndəriliblər.

"Səbail"in Futbol Akademiyasında maaşlar 10 aya salınıb. Bu, yalnız akademiyanın məşqçilərinə aiddir. Əvvəllər isə onlar 12 ay boyunca maaş alırdı.

0