Trampa sui-qəsd oyun idi? - ŞOK AÇIQLAMA

DÜNYA
12:04 / 15.07.2024
470

ABŞ-də Donal Trampa qarşı sui-qəsd cəhdi gündəmdə qalmağa davam edir. 

Xatırladaq ki, Donald Tramp Pensilvaniyada mitinqdə çıxış edərkən sui-qəsdə məruz qalıb. Sabiq dövlət başçısı qulağından xəsarət alıb. Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Atəş açan şəxs isə yerindəcə zərərsizləşdirilib. 

Baş verənlər həm ABŞ, həm də dünya gündəmini zəbt edib. Bununla bağlı bir çox ehtimal irəli sürülüb. Hətta bəziləri proseslərin ABŞ-də vətəndaş müharibəsinə çevriləcəyini belə iddia edib. 

Bəs əslində nə baş verdi?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında baş verənlərin arxasında Trampın özünün dayana biləcəyini bildirib:
"Mən bu hadisəyə görə ABŞ-də daxili çaxnaşma və ya vətəndaş müharibəsi olacağını zənn etmirəm. Hətta bunu Donald Trampın özünün təşkil etdiyini düşünürəm. Çünki baş verənlər seçki kampaniyasının tərkib hissəsi kimi görünür. Artıq bu "sui-qəsd oyunu"ndan sonra prezident seçkilərində Donald Trampın qalib gələcəyini deyə bilərik". 

Pərviz

0