"Prius"lar narazılıq yaratmağa davam edir

İQTİSADİYYAT
12:47 / 15.07.2024
363

"Toyota"nın "Prius" modelləri narazılıq yaratmağa davam edir.

Hit.az xəbər verir ki, insanlar sözügedən avtomobili almağa tərəddüdlə yanaşırlar.

Əlbəttə ki, bunun səbəbi "Prius" modellərində qəza riskinin həddindən artıq yüksək olmasıdır. Elə hər qəza xəbərində də bunu görmək mümkündür. Belə ki, ortalama hesabla hər 10 qəzanın 6-7-si "Prius"ların iştirakı ilə baş verir. Bu qəzalar nəticəsində insanlar ciddi xəsarətlər alır, hətta ölüm halları yaşanır. Çox zaman avtomobillər də qəza nəticəsində olduqca pis vəziyyətə düşür. Sürücülər də çıxış yolu olaraq onu ehtiyat hissə kimi satırlar.

Ustalar və sürücülər "Prius"ların əsas probleminin əyləcdə olduğunu deyirlər. Onların sözlərinə görə, sözügedən modelin əyləc sistemi maşını digər avtomobillərlə müqayisədə olduqca gec saxlayır. Bu isə qəzaları qaçılmaz edir. Hətta yeni aldığınız "Prius"u çox uzun müddət problemsiz şəkildə sürsəniz də, bir dəfə meydana gələn problemin bədəli ağır ola bilir. Yəni hər zaman işləyən əylənin bir dəfə işləməməsi faciəvi nəticələrə gətirib çıxarır. 

Avtomobil bazarlarındakı müşahidələrimiz zamanı da məlum oldu ki, əvvəlki dövrlərlə müqayisədə "Prius"a maraq azalıb. Burada, taksilər haqqında yeni tələblərin də rolu böyükdür. Amma satıcıların sözlərinə görə, insanlar özlərinin və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün "Prius" almaq istəmədiklərini deyirlər. 

Pərviz

0