Əkrəm Həsənov: "Hazırda dollara tələbat yüksək səviyyədə deyil"

İQTİSADİYYAT
16:53 / 15.07.2024
239

11 iyul tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 30,6 milyon dollar təşkil edib.

Bundan əvvəlki – 9  iyul tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 2 dəfədən çox azalıb. Belə ki, 9 iyul tarixində keçirilən hərracda 75,3 milyon dollar həcmində valyuta satılıb.

Görəsən, dollara tələbat niyə iki dəfə aşağı düşüb? 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, dollar təlabat zamana görə dəyişir. Nəzərə almaq lazımdır ki, banklar dolları özləri üçün almır, müştəri üçün sifariş verir: 

“İyun ayında dollar təlabat yüksək olub, çünki həmin ay yarımillik bitdiyi üçün xarici şirkətlər müqaviləyə uyğun olaraq xarici valyuta ilə ödəniş. Indisə ilin ikinci yarımilliyi başladığı üçün xarici valyutaya elə də maraq yoxdur. Dollar fiziki şəxslərə deyil, daha çox sahibkarlara lazım olur. Hazırda dollara maraq yüksək deyil".

Sevinc

0