Bir çox insanlar üzü təsərrüfat sabunu, ağır tərkibli vasitələrlə yuyur.
Ancaq dermatoloqlar üzü sabunla tutulmasının düzgün olmadığını düşünür.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a deyib ki, üz yumanın ilk məqsədi, dəri məsamələrini tıxayan çirklərdən dərini təmizləməkdir:
"Sabundan pH dəyəri çox əhəmiyyətlidir. Çünki pH dəyəri aşağı olan sabunlar dərinizi qurudaraq, çatlamasına yol açır. Üz sabunu alarkən pH dəyərinin 5-6 ətrafında olmasına diqqət edin. Rəngli sabunlar ağ sabunlara görə daha təhlükəlidir. Çünki rəngli sabunların tərkibində rəng verməsi üçün bir çox kimyəvi maddələr əlavə edilir. Rəngsiz ağ sabunlar isə dərinin müxtəlif rəngləşdirici kimyəvi maddələrlə təmasa girməsinə səbəb olur. 72 faizlik sabunlarla üz yuyulmamalıdır".
Sevinc