Xarici şirkətlərin Qarabağa marağı artır

İQTİSADİYYAT
17:25 / 15.07.2024
282

“Qarabağda çalışmaq istəyən yerli və xarici şirkətlərin sayı günü-gündən artır.
Xarici şirkətlər Qarabağa investisiya qoymaq, iqtisadiyyatın formalaşmasında iştirak etmək istəyirlər.

Xarici şirkətlərin Qarabağda çalışmaq istəyi bu bölgənin iqtisadi baxımdan imkanlarının geniş olması ilə bağlıdır". 

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, Qarabağda çalışan xarici şirkətlərə kifayət qədər geniş miqyaslı güzəştlər təklif edilir. İşğaldan azad edilən bölgələrdə çalışan şirkətlər 10 il müddətinə vergidən azad olunub. Bu səbəbdən də xarici şirkətlər Qarabağda çalışmaq istəyir".

Xatırladaq ki, Qarabağın bərpasında iştirak etmək istəyən şirkətlərin sayı artır.

Bununla bağlı  KOBİA-ya 1950-dən çox müraciət daxil olub.

Müraciətlərin 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətlərdir.

Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. 

Sevinc

0