İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerəşən yaşayış kompleksində 149 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
HİT.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 078 kirayə müqaviləsi bağlanılıb.