"Volkswagen" avtomobillərinin təqdimatı 5 il təxirə salındı - SƏBƏB

AVTO
09:29 / 16.07.2024
1033

Almaniyanın məşhur avtomobil brendi "Volkswagen" elektromobillərlə bağlı daha bir problemlə üzləşib. 

Hit.az xəbər verir ki, şirkət yeni elektrikli avtomobil platforması planını təxirə salmağa məcbur olub. 

"Volkswagen" sözügedən layihənin 2029-cu ilə qədər təxirə salındığını açıqlayıb. Məlumat üçün qeyd edək ki, şirkət uzun müddətdir üzərində çalışdığı iddialı layihəni 2026-cı ilə qədər yetişdirməyə çalışırdı. Lakin hələ söz verilən zamana 2 il olmasına baxmayaraq geri addım atıldı və layihə 3 il sonraya təxirə salındı. 

Bəs buna səbəb nədir? 

İlk səbəb proqram təminatında yaşanılan problemdir. Nəzərə almaq lazımdır ki, "Volkswagen" son illərdə elektrikli avtomobillərində tez-tez proqram təminatında baş verən problemlərlə gündəmə gəlir. Bu isə birbaşa olaraq elektrikli avtomobil platforması layihəsinə mənfi təsir göstərir. Hətta şirkət layihə üçün tələb olunan proqram təminatını vaxtında hazırlaya bilməyəcəyini belə elan edib. 

Üstəlik, "Volkswagen"in yaşadığı bu problem "Porsche Macan Electric" və "Audi Q6 e-tron" kimi elektrikli avtomobillərin istehsalının gecikməsinə səbəb olub. Bu isə o deməkdir ki, sözügedən elektromobillər də 2029-cu ilə qədər təqdim oluna bilməyəcək. Yəni həmin avtomobillərin təqdimatı 5 il gecikəcək. 

Buna baxmayaraq, şirkət sözügedən problemin həlli üçün çalışmalar aparıldığını və qısa zamanda həlli üçün addımların atılacağını bildirib. 

Pərviz

0