Səndən sənə şikayətim var...

ÖLKƏ
18:50 / 17.07.2024
164

Xətai rayonu, Abbas Abad küçəsinin bəzi sakinləri küçədəki sanitar vəziyyətin gərgin olmasından şikayətləniblər.

Hit.az-a göndərilən şikayətdə bildirilir ki, qonşular məhəllədəku çox sıx məskunlaşma şərtlərinə baxmayaraq, şəhərin göbəyində mal-qara bəsləyirlər:

"Qoyun quzu kəsir, heyvanın içalatını həftələrlə atmırlar.

Bu da azmış kimi küçədə hin tikib, toyuq, ördək, hind quşu saxlayır, əllərinə keçən tullantıları onlara verirlər. Bir sözlə küçə şəhər küçəsindən çox fermanı xatırladır. İy-qoxudan evdən bayıra çıxmaq olmur. Bir dəfə şikayət etdik. İndi sanitar epidemoloji qurumdan gəlib baxıb, gedirlər. Dəyişən heç nə yoxdur, cərimə yazılmır, xəbərdarlıq edilmir. Belə çıxır ki, rüşvət alıb susurlar? Bəs dərdimizi kimə deyək?"

Qeyd edək ki,bu küçənin sakinləri dəfələrlə şikayət etsələr də, rayon icra hakimiyyəti onları unudub və əsla tədbir görmür.

Murad

0