Vətən torpağı haqqında bir əsgərin dilindən ən təsirli ballada

ÖLKƏ
23:33 / 17.07.2024
158

Əsgər dostum hərbi xidmətdən qayıdıb. Dostlar olaraq, başına yığışdıq ki, "xoş gəldin" edək, deyək, gülək.

Dostumuz əvvəlki oğlan deyil sanki. Gözləri dolu-dolu, düşüncəlidir, əvvəlkindən daha ağır başlı və ciddi görünür, məğrurdur. Hərbi xidmətini işğaldan azad edilmiş torpaqlarımızda keçib.

Necə idi oralar, bir az o torpaqlardan danış deyirik. Və onun dilindən şəhidlərimiz haqqında ən təsirli bir neçə cümlə eşidirik:

"Bizim olduğumuz yerdə həddən çox şəhidimiz olub. Komandir deyirdi  ki,bhər 25 metrdən bir bir igid həlak olub. Burda danışanda hiss etməzsiniz.Amma  biz orda o torpağa ayağımızı qoyanda sanki şəhid qanına ayaq basarıq kimi ehyiyatla yeriyir, torpağa ehtiram göstərirdik.Şəhid qoxuludur,cənnət iyi verir oralar. Allah haqqı getməyən, görməyən bilməz. Gecələr səngərdə keşik çəkəndə hiss edirsən ki, tək deyilsən. Dağ kimi kişilərin ruhları dağ kimi durub səninlə çiyin-çiyinə".

Bu mənim bu günə qədər Qarabağ barədə bir əsgərin dilindən  eşitdiyim ən təsirli ballada idi.

Murad

0