Putin Merkeli ad günü münasibətilə təbrik edəcək?

DÜNYA
17:34 / 17.07.2024
147

Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeli yubileyi münasibətilə təbrik etməyi planlaşdırmır.

HİT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Bildiyim qədər, bununla bağlı heç bir plan yoxdur. Son illər heç bir əlaqə olmayıb", deyə Peskov qeyd edib.

Merkel 17 iyul 1954-cü ildə anadan olub və bu il 70 yaşı tamam olur. 2021-ci il dekabrın 2-də Berlində Almaniya Müdafiə Nazirliyinin həyətində Almaniya hökumətinə başçılıq edən ilk qadın Merkellə təntənəli vida mərasimi keçirilib. O, 16 il - 22 noyabr 2005-ci ildən Almaniyanın kansleri vəzifəsində çalışıb.

Peskov Kremlin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə "yaxşı anlaşdığı" fikrinə şərik olub-olmaması ilə bağlı sualı da cavablandırıb. Kreml nümayəndəsinin sözlərinə görə, Trampın dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə edilməyib, məhdudiyyətlər də tətbiq edilib, lakin müsbət elementlər kimi təsnif edilə bilən dialoq olub.

Qeyd edək ki, "Bloomberg"ə müsahibəsində ABŞ-ın keçmiş prezidenti Putinlə "yaxşı anlaşdığını" və sonra hər iki ölkəni "müharibə ilə təhdid etmədiyini" deyib. O, həmçinin qeyd edib ki, Çin prezidenti Si Szinpin COVID-19 pandemiyasından əvvəl onun üçün çox yaxşı dost olub.

Peskov həmçinin Polşa prezidenti Anjey Dudanın son açıqlamasına da münasibət bildirib: "Rusiya müəyyən şərtlər daxilində NATO ilə Rusiya Federasiyası arasında müharibənin başlayacağını proqnozlaşdıran Polşa prezidenti Anjey Dudanın narahatlığını bölüşmür. Xeyr, biz belə proqnozları qəbul etmirik".

İyulun 17-də Anjey Duda “Wirtualna Polska” nəşrinə müsahibəsində Rusiya və NATO-nun müharibə edə biləcəyini bildirib. O qeyd edib ki, Şimali Atlantika Alyansı artıq Rusiya qüvvələri ilə mümkün hərbi əməliyyatlara hazırlaşır. Duda münaqişənin mümkün alovlanmasının səbəbi kimi Ukraynadakı qarşıdurmada Rusiya Federasiyasının qələbəsini adlandırıb.

Samir

0