Azərbaycan ŞƏT-ə üzv olur?

SİYASƏT
12:53 / 18.07.2024
268

Bir neçə ölkə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müxtəlif formatlarda müraciət edib və daha bir neçə ölkə bu təşkilatda iştirak statusunu yüksəltməyi gözləyir. 

HİT.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində ŞƏT-in baş katibi Çjan Minq deyib.

Onun sözlərinə görə, müraciət edənlərin siyahısı müəyyən vaxta qədər açıqlanmayacaq.

Öz növbəsində İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdada Kiaei bildirib ki, ən azı beş ölkə - Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka mövcud dialoq üzrə tərəfdaşlarının əvəzinə müşahidəçi statusunun verilməsini xahiş ediblər. Yeni status ŞƏT-də tam iştirakı nəzərdə tutur.

ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Əvvəlcə onun tərkibinə Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan daxil idi. Əsas məqsədlər iştirakçı ölkələr arasında etimadı gücləndirmək və ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inkişaf etməkdir.

Hazırda ŞƏT-ə on ölkə daxildir: Rusiya, Belarus, Hindistan, Qazaxıstan, Çin, Pakistan, İran, Qırğızıstan, Özbəkistan və Tacikistan. Daha iki ölkə müşahidəçi statusuna malikdir - Əfqanıstan və Monqolustan.

Samir
 

0