Berdıyev irəliləyib, Qurbanovla Santuş geriləyib

İDMAN
13:25 / 20.07.2024
455

Dünyanın ən güclü məşqçilərinin yeni reytinqi açıqlanıb.

HİT.az xəbər verir ki, 500 ən güclü mütəxəssisin yer aldığı siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur. 

"Qarabağ"ı çalışdıran mütəxəssis ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib. Hazırda aktivində 1673 xal olan Qurbanov 133-cü yeri tutur.

Siyahıda Azərbaycanda çalışan 3 əcnəbi mütəxəssis də yer alıb. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cü yerdə qərarlaşıb. Rusiyalı mütəxəssis bir pillə irəliləyib.

Millimizin baş məşqçisi Fernando Santos 184-cüdür. Portuqaliyalı mütəxəssisin akticində 1624 xal var cə bir pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk isə 423-cü yerdə qərarlaşıb. Mövqeyini qoruyan ukraynalı mütəxəssosin 1481 xalı var.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir - 2240 xal.
 

0