Azyaşlılara siqaret satanlar: "Cəzalar daha da sərtləşsin"

SOSİAL
18:46 / 22.07.2024
497

Bu gün bəzi valideynlər övladını siqaret almaq üçün dükan, markete göndərir.  Satıcı da qarışındakının yaşına baxmadan ona istədiyi məhsulu verir.

Beləliklə, azyaşlılar, məktəblilər arasında siqaret təbliği aparılır.

Qeyd edək ki, zamanla azyaşlılara siqaret satışının qadağan olunması müzakirə olunub.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, Azərbaycanda 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub:

"Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşahidələr zamanı da, ictimai təşkilatların monitorinqləri zamanı da ortaya çıxır. Düzdür, aidiyyəti qurumlar tərəfindən azyaşlılara siqaret satanlara qarşı reydlər keçirilir və aşkar olunan faktlara qarşı cərimə tətbiq edilir. Ancaq gözdən yayınan, qanunlara məhəl qoymayan yerlər, şəxslər də var. Yaxşı olar ki, bu sahədə tətbiq olunan cəzalar daha da sərtləşsin".

Sevinc

0