Xalq artisti İttifaqın qurultayına niyə getməyib? - AÇIQLAMA

MƏDƏNİYYƏT
23:52 / 22.07.2024
672

"Mən Teatr Xadimləri İttifaqının qurultayında iştirak etməmişəm".

Bunu Qaynarinfo-ya Xalq artisti Rafiq Əzimov deyib. 

Aktyor Hacı İsmayılovu ittifaqa sədr seçilməsi ilə bağlı təbrik edib:

"Planlarımı artıq qurmuşdum. İttifaqın qurultayının keçirilməsi ilə bağlı mənə qəfildən dəvətnamə gəldi. Səfərimi təxirə salmadım. Amma zəng edib Hacı müəllimə vəziyyəti izah etdim. Teatrın inkişafı günü-gündən artır. İttifaq əvvəlki illərə nisbətən bir az da inkişaf edəcək, yeni-yeni tamaşalar hazırlanacaq. İstədiyimiz odur ki, teatrın tamaşaları haqqında yüksək fikirlər deyilsin".

Qeyd edək ki, bu gün Azərbaycan Teatr Xadimləri növbəti qurultayını keçirilib. Xalq artisti Hacı İsmayılov quruma sədr seçilib.
 

0