Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

ÖLKƏ
16:07 / 23.07.2024
209

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.

"Report" xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

12.15

Ötən gün vəfat edən Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfn olunacağı yer açıqlanıb.  

HİT.az Modern.az-a istinadən xəbər verir ki, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, S. Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, uzunsürən xəstəlikdən sonra iyulun 22-də 72 yaşında dünyasını dəyişib.

0