Söyüşə görə bir il həbs almaq olar?

SOSİAL
14:00 / 23.07.2024
506

Son zamanlar insanlarda aqressiya halı artıb.

Sosial şəbəkələrdə bir-biri haqqında nalayiq ifadələr işlədənlərin də sayı həddən artıq çoxdur.

Bəs buna görə hansısa bir cəza var?

Hit.az-a mövzu ilə bağlı açıqlama verən vəkil Emin Kiçikbəyov bildirib ki, sosial şəbəkələrdə başqaları haqqında nalayiq ifadələr işlədən, şər böhtan məlumatlar yayan adamları məhkəməyə vermək olar:

“Məhkəmə həmin şəxsin kimliyinin araşdırılması və məsuliyyətə cəlb olunması ilə məşğul olaraq, həmin şəxsi 1 ilə qədər azadlıqdan məhrum edə bilər. Eyni zamanda təhqir olunan şəxs böyük miqdarda  maddi təzminat davası açmaq və qarşı tərəfdən almaq hüququna malikdir. Cəza tədbiri olarsa, hər kəs atdığı addıma diqqət edəcək".

Murad
 

0