Meqan Markl ictimaiyyət qarşısına 13 400 dollarlıq boyunbağı ilə çıxdı - FOTO

MAQAZİN
22:34 / 23.07.2024
774

Britaniya şahzadəsi Harrinun xanımı Meqan Markl 13 400 dollarlıq boyunbağı taxaraq ictimaiyyət qarşısına çıxıb. 

HİT.az xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc olunub.

İyulun 21-də Meqan Markl Montekitoda görünüb. Şahzadə Harrinin həyat yoldaşı "Tre Lune" italyan restoranından aktrisa Kimberli Uilyams-Peysli ilə birlikdə çıxarkən paparatsilər yaxalayıb. Sussex hersoqinyası ağ "Anine Bing" köynəyi, açıq mavi cins şalvar və bej rəngli "Chanel" qara barmaqlı düz paltar geyinib. Meqan Markl görünüşünü günəş eynəyi, qara "Dior" çantası, bilərziklər və saatla bəzədib. 

Geyimi rəsmi internet saytında qiyməti 13 400 dollar olan "Cartier" brendinin qızılı "Juste un Clou" boyunbağı ilə tamamlayıb.

Bir neçə həftə əvvəl şahzadə Harri və Meqan Markl Los-Ancelesdəki Dolby Teatrında ESPY Mükafatlarına qatılıb. Sussex hersoqinyası axşama ağ paltarda və minimum zinət əşyaları ilə çıxıb. Geyimi "Cartier" bilərziyi və bir neçə qızıl və brilyant üzüklə tamamlayıb. Görüntü onun toy geyimi ilə müqayisə edilib. Şahzadə Harri əfsanəvi NFL oyunçusu və ABŞ Ordusu Reyncerinin adını daşıyan mərasimdə Pat Tillman Mükafatını alıb.

Samir

0