Tər qoxusundan xilas olmaq üçün 8 YOL

MARAQLI
17:24 / 23.07.2024
751

Tər qoxusundan xilas olmaq və onu azaltmaq üçün müxtəlif yollar mövcuddur. 

Hit.az bu dəfə həmin yollardan bəhs edəcək. 

Aşağıdakı metodlardan istifadə etməklə tər qoxusundan 24 saat ərzində qorunmaq olar. 

Həmin yolları təqdim edirik:

1. Limon
Limon antibakterial xüsusiyyətlərə malik olduğu üçün tər qoxusunun qarşısını almağa kömək edə bilər. Bunun üçün bir dilim limonu birbaşa qoltuğunuza çəkə bilərsiniz. Həmçinin, pambığı limon suyuna batıraraq onu da qoltuğunuza çəkmək olar. 

2. Alma sirkəsi
Alma sirkəsi isə dəridə bakteriyaların çoxalmasının qarşısını alır. Pambıq çubuqdan istifadə edərək qoltuğunuza alma sirkəsi çəkə bilərsiniz. Lakin bunu gecə yatmadan əvvəl edib səhər yaxalamaq daha təsirli ola bilər.

3. Çay ağacı yağı
Çay ağacı yağı da güclü antibakterial xüsusiyyətlərə malikdir. Bir neçə damcı çay ağacı yağını su ilə qarışdırıb pambıqdan istifadə edərək qoltuğunuza çəkə bilərsiniz.

6. Adaçayı
Həmçinin, adaçayı tər vəzilərini sıxaraq tərləməni azalda bilər. Onu dəmləyib soyuduqdan sonra sprey şüşəsinə qoyub qoltuğunuza çiləyə bilərsiniz.

7. Lavanda yağı
Bundan başqa, lavanda yağı xoş ətir verir və antibakterial xüsusiyyətlərə malikdir. Bir neçə damcı lavanda yağını su ilə birlikdə pambıqla qoltuqaltınıza çəkə bilərsiniz.

8. Qarğıdalı nişastası
Qarğıdalı nişastası təri udmaq qabiliyyəti ilə tanınır. Qarğıdalı nişastasını birbaşa tərli bölgələrinizə çəkə bilərsiniz.

Pərviz

1