Aydın Hüseynov: "Minimum əməkhaqqı artımı maaşların da artmasına imkan verəcək"

İQTİSADİYYAT
18:12 / 26.07.2024
395

"Azərbaycanda minimum əməkhaqqının artrılması ilə bağlı yeni təkilflər hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan sənəd minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək. Təkliflər planına əsasən, müvafiq dövlət qurumuna bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq, adiyyətı üzrə təqdim etmək tapşırılıb. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub".
 
Bu barədə Hit.az-a Milli Məclisin deputaı Aydın Hüseynov bidırib.

Millət vəkili qeyd edib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə çalışan on minlərlə insanın əməkhaqqının da artmasına təsir göstərir. Bu, həm də dövlət sektorunda, həm də özəl sektorda artımalara yol açır. Ona görə də, minimum əməkhaqqı artımlarının baş verməsi maaşların da qalxmasına səbəb ola bilər. Bu o deməkdir ki, 2025-cü ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, 400 min isə qeyri-dövlət sektorunda çalışan insanın da əməkhaqqı artmış olacaq. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək nazarında mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabuiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq".

A.Hüseynov qeyd edib ki. ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca, gəlir resursları ilk növbədə, aztəmiantlı ailələrin və sosial baxımdan daha çox ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılır:

"Hər il büdcədə cari xərclərin əsas hissəsi də məhz sosial təyinatlı bölmələr üçün nəzərdə tutulur. Azərbaycan dövlət büdcəsi sosialyönümlü büdcədir və hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir".

Sevinc


 

0