Aliment nənə-babadan alına bilərmi?

SOSİAL
21:16 / 29.07.2024
550

Hit.az redaksiyasına şikayət daxil olub.

Nəcibə Mayılova bildirib ki, illər öncə oğlu xanımından boşanıb, iki uşağını anasının himayəsində qoyub, Rusiyaya gedib.

Oğlu haqqında heç bir məlumat ala bilmir. Gəlini onu məhkəməyə verərək, azyaşlı uşaqlarına aliment verilməsini tələb edir. 

Bu nə dərəcədə doğrudur? Nənə qanuni yolla aliment verməmək üçün nəvələrindən imtina edə bilər?

Vəkil Elşən Qayıbov Hit.az mövzu ilə bağlı bildirib ki, Ailə Məcəlləsinin 88-93-cü maddəsinə əsasən, əgər uşağın valideynləri aliment ödəmək iqtidarında deyilsə, aliment imkanı olan nənə-babadan alına bilər:

"Nənə və babanın uşağa baxmaq vəzifəsi var. Əgər nənə çox imkansızdırsa, məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər".

Murad

0