Abituriyentlər blok imtahanında 100 ballıq səddi niyə keçə bilmir?

ÖLKƏ
20:18 / 29.07.2024
170

“Bu il dövlət sifarişli plan yerlərin çox hissəsi boş qalacaq. Bu il blok imtahanları, xüsusilə də ikinci cəhd blok imtahanları xeyli mürəkkəb təyin olunub”.

Bu fikri Hit.az-a təhsil eksperti Elmin Nuri deyib. 

O bildirib ki, buraxılış imtahanı keçirilən zaman uşaqlarımız yaxşı nəticə göstərib:

“Hətta rekord göstərici belə qeydə alınıb, 54 şagird yüksək nəticə göstərib. Ancaq blok imtahanı zamanı əks proses baş verib. Cəmi 2 nəfər yüksək bal toplayıb. Blok imtahanlarının bu cür təşkili onu göstərdi ki, bir çox şagirdlər 100 ballıq səddi keçə bilmədi. Blok imtahanında 100 ballıq sədd keçə bilinməyəndə  də yalnız bir neçə ixtisaslar var ki, onları seçmək mümkündür”.

Sevinc

0