ABŞ genişmiqyaslı müharibəyə hazır deyil - Konqres Komissiyası

DÜNYA
18:20 / 30.07.2024
228

Birləşmiş Ştatlar genişmiqyaslı müharibəyə hazır deyil. 

HİT.az xəbər verir ki, bu barədə “Defence News” portalı ABŞ Konqresinin Komissiyasının hesabatına istinadən yazıb.

Nəşrin müəllifinin sözlərinə görə, Vaşinqton sonuncu dəfə 35 il əvvəl Soyuq müharibə dövründə bu tipli münaqişəyə hazır olub.

"Bu gün ABŞ genişmiqyaslı müharibəyə hazır deyil. Hərbçilərin döyüşdə qarşısını ala və qalib gələ biləcəyinə əmin olmaq üçün lazım olan imkanlar və hərbi imkanlar yoxdur", deyə nəşr yazıb.

Komissiyanın fikrincə, ABŞ müdafiə sənayesinin hazırkı vəziyyəti Çindən geri qalır və Pekinlə potensial münaqişədə Vaşinqton 3-4 həftəyə kifayət qədər sursata malik olacaq.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey MakQovern demişdi ki, ABŞ Ukraynadakı çıxılmaz vəziyyətə görə nüvə silahından istifadə edə bilər.

Samir

0