ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Chevrolet" yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, yeni idman avtomobili görənləri özünə heyran edib.
Brendin ən populyar modellərindən olan "ZR1" tamamilə yenilənib. Belə ki, avtomobil 1064 at gücü ilə bənzərsiz sürüş imkanı vəd edir. Üstəlik, model 5,5 litrlik V8 mühərrikə malikdir. Avtomobilin ön hissəsinə isə LED texnologiyası ilə təchiz edilmiş incə faralar yerləşdirilib. "ZR1" saatda 350 km/saat sürətə qədər çata bilir. Bundan başqa, avtomobil səkkiz pilləli və iki muftalı avtomatik transmissiya ilə birləşdirilib.
Qeyd edək ki, 2025-ci ildə satışa çıxarılacaq avtomobilin qiyməti hələlik açıqlanmayıb. Amma iddialara əsasən yenilənən "ZR1" təxminən 150 min dollara satışa çıxarılacaq.
Pərviz