"Azərbaycanda inflyasiyanın hesablanması qaydasının ciddi dəyişikliyə ehtiyacı var”

İQTİSADİYYAT
19:19 / 30.07.2024
378

"Azərbaycanda inflyasiyanın hesablanması qaydasının ciddi dəyişikliyə ehtiyacı var. Azərbaycanda inflyasiya ilə bağlı əhalini narahat edən əsas ərzaq məhsulları inflyasiyasıdır. İndi Maliyyə Nazirliyinin proqnozu iqtisadi nəzəriyyə uyğun deyil".

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
O bildirib ki, bir neçə həftə əvvəl ölkədə benzin və dizel yanacağının qiyməti dəyişdi. Dizel yanacağının qiymətinin dəyişməsi həm yük daşıma, həm aqrar, həm də ərzaq məhsullarının qiymətinə təsir göstərir:

 “Bu səbəbdən də açıqlanan proqnozun nəyə əsasən tərtib edildiyi bəlli deyil. Yanacaq qiyməti nəzərə alınsa, inflyasiyanın 5,3 faizdən 2, 7 faizə aşağı salınması inandırıcı görünmür".

Qeyd edək ki, Maliyyə Nazirliyinin yaydığı məlumatda  bildirilir ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3% səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7%-ə qədər azaldılıb.

Sevinc

0