Dünyagörüşün fərqli olması ailədaxili münaqişələrə səbəb olur

SOSİAL
23:10 / 31.07.2024
542

Son zamanlar ailə münaqişələrinin artması müşahidə olunur. 

Ər arvadını yolun ortasında döyür, kişi ömür gün yoldaşını balkondan atır, ata övladını öldürür kimi hadisələr yaşanır.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ailə münaqişələrinə daha çox səbrsizlik səbəb olur: 

"Ailədə cütlüklər bir-birini yola verməyi bacarmalıdır. İstər kişi, istərsə də qadın yola verməyi bacarmır. Sosial və maddi gərginlik insanları səbrsiz edir. Bu səbəbdən ailədə daha çox münaqişə baş verir. Qarşılıqlı münasibət yalnız iki tərəfin bir-birinə qarşı sevgisi olduğu zaman mümkün olur. Kənar müdaxilələr bu münaqişələrə bilavasitə yol açır. Buna görə də, ailə quracağın insana yaxşı bələd olmalısan. Əsasən dünyagörüşünə fikir vermək lazımdır. Çünki dünyagörüşünün fərqli olması ailədaxili münaqişələr zamanı ortaya çıxan əsas maneələrdən biridir”.

Sevinc

0