Uşaqlar arasında müşahidə olunan hallardan biri də diş qıcamadır.
Bir qisim insanlar uşaqlar arasında müşahidə olunan diş qıcamanı qurd xəstəliyi ilə əlaqələndirir, bəziləri isə nevroloji olduğunu düşünür.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, qıcırdatma ilə bərabər, ağızdan su axması, anal nahiyyədə qaşınma, qarın ağrısı, iştahsızlıq da varsa, qurddan şübhələnmək lazımdır. Burunla nəfəs alınmasına maneə olan hallarda allergik rinit, adenoid olan uşaqlarda da diş qıcaması olur:
"Diş qıcama nevroloji ola bilər. Uşaq dişlərini sıxarsa, bu, dişlərin aşınmasına səbəb ola bilər. Buna görə də diş qıcırdatma əslində diş sıxmasından bir az irəlidədir. Uşağın dişlərini aşındıra bilər”.
Sevinc