XXI əsrdə ən çox oyun keçirən məşqçilər - Siyahıda Qurban Qurbanov da var

İDMAN
22:31 / 31.07.2024
322

2000-ci ildən bu yana (XXI əsrdə) UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı bəlli olub.

HİT.az xəbər verir ki, siyahıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da adı var.

O, "Neftçi" və "Qarabağ" komandalarının baş məşqçisi kimi 165 oyunda yer alıb və 67 görüşdə qəlbəyə sevinib.

XXI əsrdən bu yana qitə miqyaslı turnirlərdə ən çox portuqaliyalı baş məşqçi Jose Mourinyo təmsil olunub. O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib.

61 yaşlı mütəxəssisi Mirça Luçesku təqib edir. Rumıniyalı baş məşqçi Avropada 226 oyunun 94-də komandasına qələbə qazandırıb.

İlk "üçlüy"ü isə Karlo Ançelotti qapayır. İtaliyalı mütəxəssis 220 qarşılaşmanın 123-də qqalib gəlib.

0