Ukraynaya 125 milyon dollarlıq hərbi yardım göndərilir

DÜNYA
12:38 / 28.05.2020
1391

Ukraynada iqtisadi islahatlar davam etdiriləcəyi təqdirə ABŞ bu ölkəyə 123 milyon dollar hərbi yardım edəcək.

HİT.Az Cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Artıq Pentaqon bununla bağlı Konqresə müvafiq sənədi təqdim edib. Sənədə dair yekun səsvermə Konqresdə keçiriləcək.

Yeni paket çərçivəsində ABŞ Ukryanaya Mk IVc30 tipli iki kater də verəcək. Onlarla təcili yardm maşını, yüzə yaxın taktiki planşet, rabitə vasitələri də paketə daxildir.

Vaşinqton Ukraynada korrupsiyaya qarşı tədbirlərin başlamasını yüksək qiymətləndirir və məhz bu, ümumi dəyəri 250 milyon dollar olan yarım paketinin ikinci hissəsini səsverməyə çıxarılmasına səbəb olub.

0